Interposta.Info

Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi

Müxtəlif
 4-10-2018, 17:35     11 447

Tanınmış bloqqer Aysel Şükürova atası Qüdrət Şükürovun Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən azad olunması ilə bağlı suala biabırçı cavab verib.

"XeberBiz"in məlumatına görə, Missiya.az saytının əməkdaşının "Atanızın və əminizin işdən çıxarılmasına münasibətiniz necədir” sualına Aysel ağır təhqirlə qarşılıq verib.

O, "salam, zəhmət olmasa s...!” yazandan sonra jurnalistə belə də paylaşmağı məsləhət görüb.

Qeyd edək ki, Aysel Şükürova bir müddət əvvəl dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Bu səbəbdən atası Q. Şükürov da mediada sərt tənqid olunmuşdu və elə o gündən işdən çıxarılması ilə bağlı məlumatlar yayımlanırdı.

Sözügedən hadisədən sonra isə Aysel instagramda ən çox izləyicisi olan bloqqerlərdən biri kimi tanınmağa başladı. Hazırda onu 1 milyona yaxın adam izləyir. Maraqlıdır ki, bu qədər izləyicisi olan, fenomen sayılan Aysel jurnalistin adi sualına qeyri-etik cavab verməklə hələ də sosial şəbəkələrdən peşəkarcasına istifadə edə bilmədiyini sübut edib.

interposta.info

Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdiAysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26