Interposta.Info

Qızına 400 minlik toy edən məmurla bağlı rəsmi -

Ölkə
 5-05-2017, 10:23     797

Bakı Lift-Təmir İstehsalat Birliyində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yoxlamalar aparılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Bunu Aznyus-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Qeyd edək ki, bir müddət öncə qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə böyük rezonans doğurub. Bundan sonra Bakı Lift-Təmir İstehsalat Birliyində Baş Prokurorluq tərəfindən yoxlamalar aparılması bildirilib. Hətta Qüdrət Şükürovun həbs olunacağı haqqda məlumatlar da gündəmə gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26