Interposta.Info

Baş nazir Bakıda intihar etmək istəyən şəxslə telefonla danışdı - Foto

Müxtəlif
 30-07-2018, 09:59     10 409

Bakıda intihar edən şəxsi fikrindən baş nazir daşındırıb.

Musavat.com intihara cəhd hadisəsi ilə bağlı bəzi təfərrüatlar əldə edib.

Məlumata görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub.

O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

Əldə etdiyimiz məlumata görə, həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.

interposta.info
Baş nazir Bakıda intihar etmək istəyən şəxslə telefonla danışdı - Foto
Baş nazir Bakıda intihar etmək istəyən şəxslə telefonla danışdı - FotoBaş nazir Bakıda intihar etmək istəyən şəxslə telefonla danışdı - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26