Interposta.Info

“McDonald’s”ın üstünə çıxıb intihar etmək istəyən şəxs xilas edildi

Ölkə
 8-01-2019, 23:45     10 380

Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.

"Report” hadisə şahidlərinə istinadən xəbər verir ki, gənc oğlan "Neftçilər" metrostansiyası yaxınlığında "McDonald's"ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onunla aparılan danışıqlar nəticə verib və həmin şəxs fikrindən daşınıb. Onun qurtarılması ətrafdakıların sevinciə səbəb olub və alqışlar eşidilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26