Interposta.Info

Azərbaycan polisindən inanılmaz xilasetmə:

Ölkə
 14-04-2017, 14:44     536

Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.

interposta.info
1news.az-a istinadən xəbər verir ki, şəhərin Nəsimi rayonundakı mikrorayonların birində özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib.

Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: "Əlini mənə ver, vermiyən kişi deyil, vermiyən alçaqdır"-deyib.

Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26