Lojadan masonlar haqqında danışanlara sərt reaksiya - “Daha bəsdir”

İngiltərə Birləşmiş Mason Lojası (UGLE) bir müddətdir, cəmiyyətdə gedən müzakirələrə media vasitəsilə reaksiya verib.
BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli qəzetlərdən bir neçəsində lojanın yüksək vəzifəli üzvlərindən birinin yazısı dərc olunub. Devid Steplz "Daha bəsdir” başlıqlı yazısında İngiltərə ictimaiyyətində masonlarla bağlı gedən müzakirələr zamanı loja üzvlərinin damğalandığını bildirib. O, müzakirələr zamanı səsləndirilən fikirlərin haqsız olduğunu yazıb.
"Biz 200 mindən çox üzvümüzün ictimaiyyətə yanlış təqdim edilməsinin ayrı-seçkilik olduğunu düşünürük. Üzvlərimiz haqsız yerə damğalandıqlarını hiss etmək məcburiyyətində qalmamalıdırlar”.
O, bununla bağlı İngiltərə Bərabərlik və İnsan Haqları Komissiyasına da müraciət edəcəklərini açıqlayıb.
Xatırladaq ki, ötən həftə "The Guardian" qəzeti parlamentdəki millət vəkillərinə və müxbirlərə bağlı olaraq fəaliyyət göstərən iki mason lojasının varlığını ifşa edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26