İngiltərə Müdafiə Nazirliyi 500-dən çox zirehli transportyor alır
İngiltərə Müdafiə Nazirliyi, 2.8 milyon funt sterlinq (3.61 milyard dollar) dəyərində 500-dən çox “Boxer” zirehli transportyorun alınmasına dair müqavilə imzalayıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunub.
İngiltərə Müdafiə naziri Ben Uollas bildirib ki, 2023-cü ildən zirehli transportyorların alınmasına başlanılacaq.
İlkin mərhələdə “Boxer” zirehli transportyorları bir neçə konfiqurasiyada, o cümlədən baza nəqliyyatı, komandanlıq postu, tibbi evakuasiya, eyni zamanda, müxtəlif silahların quraşdırılması üçün əlavə avadanlıqlarla birgə alınacaq.
BTR “Boxer”, Almaniyanın “Rheinmetall” və “Krauss-Maffei Wegmann” şirkətləri tərəfindən istehsal olunur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26