Interposta.Info

Abas İrəvanda:

Dünya
 25-04-2017, 20:01     572

Böyük Şərqi Fransa mason lojasının böyük ustadı Kristof Abas Ermənistana gəlib.

Axar.az xəbər verir ki, “Aravot” qəzetinə açıqlamasında Abas Ermənistana gəlməkdə əsas məqsədinin burada müstəqil mason lojası yaratmaq olduğunu bildirib:

“Fransaya gəlib, fransız mason lojalarının fəaliyyəti ilə tanış olan erməni dostlarımız Ermənistana geri dönərək, burada erməni lojası yaratmaq istədiklərini bildiriblər. Bu proses çoxdan başlayıb. Ermənistanda suveren və müstəqil loja yaranacaq”.

Qeyd edək ki, Böyük Şərqi Fransa mason lojası 1773-cü ildən bu yana fəaliyyət göstərir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26