Interposta.Info

Bayıldan əhalini köçürürlər: sürüşmə aktivləşib

Müxtəlif
 24-01-2018, 19:37     10 356

Bayıl yamacında sürüşmə aktivləşib. Bu səbəbdən hazırda Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə ərazisinə yaxın məsafədə yerləşən evlərdə yaşayan sakinləri köçürürlər.

interposta.info
xəbər verir ki, bu barədə musavat.com-a sakin Zahid Aslanov məlumat verib. O bildirib ki, ərazidə sürüşmə aktivləşib:

"Son günlər müvafiq qurumlardan nümayəndələr gəlib, sürüşmə ilə maraqlanırlar. Bizə də bildirdilər ki, evinizi tərk edin. Burada yaşamaq təhlükəlidir. Ancaq gedəcək yerimiz yoxdur. Ona görə də əksər ailələr evlərini tərk etmək istəmir. Bizə ərizə yazırdılar ki, təhlükəsizliyinizə təminat vermirik. Hazırda polislər və icra nümayəndələri əhalidən evlərini tərk etmələrini tələb edirlər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26