Interposta.Info

“Mağazaya işıq çəkmək üçün 100 min manat pul istədilər” - “Çudo Peçka”nın baş direktoru

Müxtəlif
 18-01-2018, 18:49     10 424

Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və "ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"XeberBiz" APA-ya istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda şahid qismində Ç. Cəlilovun qardaşı Pərviz Cəlilov ifadə verib. O, "Çudo Peçka" şirkətində baş direktor işlədiyini deyib. Bildirib ki, 2001-ci ildə şirkəti yaradıblar: "Orta hesabla ildə 2-3 dükan açırdıq. 2006-2008-ci illərdə bankdan kredit götürüb qaytardıq. Hər ay 650 min manat pul qaytarırdıq. 2009-cu ildə bankın rəhbəri Kirman Səlim təklif etdi ki, şirkəti onlara verək. Bizim banka borcumuz var idi. Biz məcbur olub onların şərtlərilə razılaşdıq və şirkəti onlara verdik. Bizi şirkətə yaxın buraxmırdılar və fəaliyyəti haqqında heç bir məlumat vermirdilər. Beş il sonra həmin müqavilə pozuldu və məhkəmə şirkətin bizə qaytarılması barədə qərar qəbul etdi. Şirkəti onlar bizə qaytaranda artıq şirkət pis vəziyyətdə idi".

P. Cəlilov indiyə kimi "Bank Stanrart"a 15 milyon manat kredit ödədiklərini deyib:
"Bu vəziyyətə düşməyimizə səbəb həmin bank və Kirman Səlimdir. Kirman deyirdi ki, onun rəhbərləri Heydər Babayev və onun həyat yoldaşıdır. Deyirdi onlar deyib ki, bank bizi məhkəməyə versin. Şirkət beş il sonra bizə qaytarılanda məlum oldu ki, şirkəti dağıdıblar. İşçilərin maaşlarını verməyiblər. Yüz minlərlə borc yaranmışdı".

P. Cəlilov 2010-cu ildə MTN əməkdaşları tərəfindən həbs edildiyini və ondan 2 milyon manat pul istənildiyini deyib:
"Biz bazarlıq elədik və qiyməti aşağı saldıq. Məcbur olub şirkətin on faizini satıb pulu onlara verdik. Yeni mağaza aşanda işıq çəkmək üçün müraciət edirdik. İşığın çəkilməsi üçün yüz min manat pul istəyirdilər. Pullar belə şeylərə xərclənirdi".

Proses yanvarın 25-də davam edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26