Interposta.Info

Röyanın keçmiş əri alma bağlarını satdı - Atasının borcunu ödəyir

Gündəm
 5-04-2018, 22:19     10 510

"Çudo Peçka” və "ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmə prosesi davam edib.

"XeberBiz" Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdən əvvəl Çingiz Cəlilovun oğlu Anar Cəlilov bildirib ki, "Bank Standart"a dəymiş ziyanın bir qismi ödənilib: "Xaçmazda 37 hektar alma bağımızı 38 min manata satıb, ziyanı ödəmişik".

Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov "Bank Standart "ın idarə heyətinin sədri Səlim Krimanla cinayət əlaqəsinə girərək 14 milyon manata yaxın pulu mənimsəyərək öz aralarında bölüblər.

Çingiz Cəlilov və yaxınlarına aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.

Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Səlim Kriman Azərbaycandan qaçdığı üçün barəsində İnterpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26