Interposta.Info

Laçının Qarıkaha kəndində çoxmənzilli bina tikiləcək -

Müxtəlif
 24-12-2017, 07:28     10 603

Ermənistan işğal altındakı Azərbaycan torpaqlarında kütləvi məskunlaşma görüntüsü yaratmaqda davam edir...

Moderator.az “KarabkhTV”-yə istinadla xəbər verir ki, erməni KİV Laçın və Zəngilan rayonlarında çoxmənzilli yaşayış binalarının təmiri və tikilməsi haqda yeni informasiyalar yayıb. “Kovsakan” adlandırılmış Zəngilan rayon mərkəzində ikimərtəbəli 12 mənzilli bina təmir edilərək orada yaşayan və kənardan köçmüş ailələrin istifadəsinə verilib. Rayonun Mincevan qəsəbəsində 8 ailə üçün nəzərdə tutulmuş yeni binanın tikintisinə başlanıb.
Laçının Qarıkaha kəndində çoxmənzilli bina tikiləcək -


Laçının “Kareqa” adlandırılmış Qarıkaha kəndində isə eyni layihəli yaşayış binasının 2018-ci ildə tikilməsi nəzərdə tutulur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26