Interposta.Info

Azərbaycandakı daha 102 erməni ailəsi evlərini özəlləşdirəcək -

Müxtəlif
 7-04-2018, 14:15     10 387

Ötən il Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni olaraq daha 45 erməni ailəsi köçürülüb.

"XeberBiz" “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda separatçı-terrorçu rejimin “əmək, sosial məsələlər və miqrasiya naziri” kimi təqdim edilən Samvel Avanesyan məlumat verib.

Torpaqlarımıza köçürülən ailələr 196 məfərdən ibarətdir ki, onlardan da 96-ı uşaqdır. Onlara təqdim edilən pul vəsaiti 23 mln. 965 min dram(təxm. 49.162 dollar) təşkil edib.

S.Avanesyanın sözlərinə görə, işğal altındakı Azərbaycan torpaqlarında son 10 il ərzində daimi yaşayan daha 102 erməni ailəsi 2017-ci ildə “öz evlərini özəlləşdurmək hüququ” qazanıb.

Separatçı məmur bildirib ki, Azərbaycan torpaqlarının məskunlaşdırılması siyasəti 2018-ci ildə davam etdiriləcək. Bunun üçün genişmiqyaslı tikinti layihələri nəzərdə tutulur.

Sultan Laçın

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26