Interposta.Info

İndoneziyada Azərbaycan Dili Mərkəzi açılacaq

Müxtəlif
 20-12-2017, 22:31     10 457

"Bu il Azərbaycanla İndoneziya arasında əlaqələr, xüsusilə iqtisadi və mədəniyyət sahələrində əlaqələr 2015-16 cı illərlə müqayisədə inkişaf edib".

AzVision.az xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.

"Ölkələrimiz arasında ticarət dövriyyəsi 2015-2016-cı illərdə 19 milyon dollar idisə, cari ildə bu rəqəm 46 milyon dollara yüksəlib", - deyə səfir vurğulayıb.

Diplomat bildirib ki, 2018-ci ildə İndoneziya Azərbaycanda əsasən təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacaq: "Növbəti ildə Cakartada Azərbaycan Dili Mərkəzi fəaliyyətə başlayacaq. Gələn ilin sentyabr-oktyabr aylarında Azərbaycanda İndoneziya mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Bundan əlavə qarşılıqlı səfərlər, iş adamları arasında qarşılıqlı əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26