Interposta.Info

Bu nazirliyin bir neçə strukturu birləşdirilir

Müxtəlif
 12-12-2017, 14:56     10 517

2018-ci ilin yanvarından Azərbaycanda "155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.

interposta.info xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib. Çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.

Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların "Aztelekom” MMC, "Bakı Telefon Rabitəsi”, elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.

Vahid çağrı mərkəzi vasitəsilə, həmçinin "107”, "109” və "153” (dərman preparatları barədə məlumat xidməti) xidmətlərindən istifadə etmək mümkün olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26