Interposta.Info

Azərbaycanda sərt karantin dövründə alınan icazələrin sayı açıqlandı

Ölkə
 11-02-2021, 09:32     197

Əhalinin həyatının və sağlamlığının qorunması, dövlət strukturlarının və mühüm obyektlərin fasiləsiz işləməsi, habelə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi üçün “Elektron Hökumətin İnkişaf Mərkəzi” publik hüquqi şəxs Daxili İşlər Nazirliyi ilə birlikdə sistemin tətbiqinə başlayıb.

Bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, sistem sərt karantin rejiminin tətbiq edildiyi dövrlərdə fəaliyyət göstərib.

Belə ki, 2020-ci il 5 aprel-18 may tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 72 000-dən çox qurum 924 000 əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 29 000 000-dan çox icazə alınıb.

2020-ci il 21 iyun-5 avqust tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 89 000-dən çox qurum 919 000-dən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 31 000 000-dan çox icazə alınıb.

2020-ci il 14 dekabr-2021-ci il 18 yanvar tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən dekabr ayı ərzində 104 000-dən çox qurum 948 000-dən çox əməkdaşı üçün icazə alın, habelə 8103 nömrəsi vasitəsilə isə 16 600 000-dən çox icazə alınıb.

Bununla yanaşı, şəxslərin sistemdən istifadə qaydaları və 8103 nömrəsinə qısa mesaj-SMS göndərilməsi ilə bağlı yaranan sualları ilə əlaqədar Dövlət Agentliyinin 9108 Çağrı Mərkəzinə müraciət etmək imkanı yaradılıb.

Sərt karantin rejiminin tətbiqi zamanı ölkə üzrə 950-dən çox əlilliyi olan şəxsin, o cümlədən dializ xəstələrinin olduqları ərazi üzrə tibb müəssisələrinə rahat müraciət etməsi üçün müvafiq icazələrin alınması 9108 Çağrı Mərkəzi vasitəsilə təmin edilmişdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26