Interposta.Info

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti layihənin qalibi oldub”

Müxtəlif
 13-11-2017, 12:14     9 705

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti (ƏBƏU) “Yardımlı rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə “Günərzi Qayğı Mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihənin qalibi olub.

"XeberBiz" xəbər verir ki, bu barədə Versus.Az-a Qadın Əlillər Cəmiyyətinin rəhbəri Məhluqə Qəhrəmanlı bildirib.Onun sözlərinə görə, bu layihəyə “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Prezidentin Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində başladılıb.

Verilən məlumata görə, Yardımlı rayonunda yaradılan Günərzi Qayğı Mərkəzində (GQM)3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. GQM-nə cəlb olunan uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. GQM-də uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur. Günərzi Qayğı Mərkəzində məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılıb. Uşaqların qavrayış və fiziki inkişafı, sosial uyğunlaşması üçün müvafiq məşqələlər təşkil edilib. Onlara gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək üçün interaktiv dərslər keçirilib.

Layihə çərçivəsində Yardımlı rayonu ərazisində valideynlərlə söhbətlər aparılıb, təlimlər keçirilib və onlaın problemlərinin həlli üçün dövlət orqanları ilə əlaqə yaradılıb, bununla da 29 uşağın internat evlərinə yerləşdirilməsinin qarşısı alınıb. 37 uşağın valideyni isə ailə vəziyyətləri cətin həyat şəraitində olduğu üçün uşaqlarının Yardımlı rayon GQM-nə götürülməsinə dair yazılı müraciət ediblər. Layihə meneceri, ƏBƏU-nun icraçı direktoru Firuzə Babyeva işçi qrupunun dəstəyi ilə ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Günərzi Qayğı Mərkəzinin inkişaf prespiktivləri haqqında davamlı olaraq müzakirələr təşkil edir, əhali arasında maarifləndirilmə işləri aparılır. Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, QHT və KİV nümayəndələri, əlilliyi olan şəxslərin təşkilatları iştirak edərək, rəy və təkliflər verilib.

interposta.info
“Əlillərin Beynəlxalq  Əməkdaşlığı Uğrunda Cəmiyyəti layihənin qalibi oldub”
“Əlillərin Beynəlxalq  Əməkdaşlığı Uğrunda Cəmiyyəti layihənin qalibi oldub”
“Əlillərin Beynəlxalq  Əməkdaşlığı Uğrunda Cəmiyyəti layihənin qalibi oldub”

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26