Interposta.Info

Bu ölkədə robotlar minlərlə insanı işsiz qoyacaq

Müxtəlif
 1-11-2017, 17:44     9 680

Yaponiyanın maliyyə korporasiyaları öz bizneslərinin avtomatlaşdırılmasına başlayıblar

interposta.info Lent.az-a istinadən xəbər verir ki, şirkətlərdə minlərlə əməkdaşı robotlar və proqram alqoritmləri əvəzləyəcək.

Belə ki, “Mizuho Financial Group” 2021-ci ilə qədər 8 min işçisini kompüter proqramları ilə əvəz edəcək.

“Sumitomo Mitsui Financial Group” bank korporasiyası yeni data-mərkəzləri açır. Ekspertlərin proqnozlarına görə, 2020-ci ilə qədər şirkətin 4 min əməkdaşı öz işindən məhrum olacaq.

“Bank of Tokyo-Mitsubishi UFJ” isə öz bölmələrini ixtisar edir. Yaxın vaxtlarda rəhbərlik əsas ofislərində 9,5 min iş yerini avtomatlaşdıracaq.

Xatırladaq ki, Cənubi Koreya mətbuatında bir müddət əvvəl robot jurnalist işə götürülüb. O, idman mövzusunda xəbərlər yazır və artıq yüzlərlə xəbər hazırlayıb. Bu ölkədə robotlara vergi tətbiq olunması da gündəmə gəlib. Səbəb robotların insanların işini əlindən almasıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26