Interposta.Info

AccessBank da kütləvi ixtisar- 500 əməkdaşı işsiz qaldı...

İqtisadiyyat
 1-04-2017, 16:03     692

AccessBank da kütləvi ixtisarlar baş verib.

Moderator.az -a məlumat verən mənbənin sözlərinə görə, bankın 1600 işçisindən 500 əməkdaşı aprel ayının 1 dən etibarən işsiz qalıb.

İxtisarlara səbəb bankın gəlirlərinin əvvəlki illərə nisbətən qat-qat aşağı düşməsi, pullarını banklarda saxlayan şəxslərin kütləvi formada banklardan pullarını geri çəkməsi, kredit alanların kəskin şəkildə azalmasıdır. Həmçinin bu il bankın Maştağa, Ucar, Kürdəmir, İmişli, Masallı, Şamaxı filialları da qapadılıb.

Hazıırda həmin filiallarda texniki işlər görülməkdədir. Ümumilikdə isə bankın bu günə qədər 13 filialı qapadılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26