Interposta.Info

Mahmudov və Hacıyevin çirkli pullarını yuyan Avropa bankı bağlandı

Gündəm
 27-02-2018, 10:57     10 470

Latviyanın böyük banklarından biri olan ABLV bankının səhmdarları bankın ləğvi haqqında qərar veriblər.

interposta.info
axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı bankın mətbuat xidməti yayıb. Bank ləğv edilməyi ilə bağlı əlavə informasiya verməkdən imtina edib.

"Haqqin.az” saytı ABLV-nin Bakıda ofisinin olduğunu bildirib. Sayt bankın ofisinin İçəri şəhərdəki biznes mərkəzlərdən birində yerləşdiyini vurğulayıb. Saytın mənbəsi məhz bu bankın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və Beynəlxalq Bankın İdarə Heyətinin eks-sədri Cahangir Hacıyevin pullarını ofşorlara köçürdüyünü bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi ABLV bankına sanksiyalar tətbiq edəcəyini bəyan edib. Bank Şimali Koreyanın nüvə proqramına yardım üçün pulların yuyulması, eləcə də Azərbaycan, Rusiya və Ukraynadakı qeyri-leqal fəaliyyətlərdə ittiham olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26