Interposta.Info

Məşhur şirkət Qərib Azəri məhkəməyə verdi

Müxtəlif
 28-10-2017, 17:07     10 487

"Altes Group” jurnalist Azər Qəribovu məhkəməyə verib.

BakuPost.az xəbər verir ki, bu barədə şirkətin rəsmi feysbuk hesabında məlumat paylaşılıb. Bildirilib ki, jurnalist şirkəti nüfuzdan salan yalan və təhqir edici məlumatlar yaydığından, bundan başqa sakinlərin həyatını təhlükəyə atdığından bu addım atılıb.

Məlumatda qeyd olunur ki, Azər Qərib jurnalist statusundan istifadə edərək yaşadığı mənzilin yerləşdiyi binada sakinlərin həyatını təhlükədə qoyur:

"Azər Qərib tikinti və sanitar-gigiyenik normaları kobud şəkildə pozaraq özbaşına mənzildə dəyişikliklər aparıb, otaqlararası divarları dağıdıb, balkona çıxışı yenidən qurub, sanitar qovşağı mətbəxə keçirib və mətbəx üçün nəzərdə tutulmuş kanalizasiya sistemini sanitar qovşağa qurub.

Sadə dillə desək Azər Qərib öz evində unitazı sakinlərin mətbəx və qab-qacaq yuan maşınların sisteminə qoşub.

Bu tikinti və sanitar-gigiyenik normaların kobud pozuntusu hesabedilir və sakinlərin həyat və sağlamlığını ciddi təhlükə altına qoyur.

Hazırki binada 70-dən çox ailə yaşayır, onların həyat və sağlamlığı təhlükə altındadır.

Hazırda iş baxılması üçün Prokurorluğa, Fövqəladə Hallar Nazirliyinə, İcra Hakimiyyətinə və digər nəzarət orqanlarına verilmiş, eyni zamanda Azər Qəribə qarşı məhkəmədə iddia qaldırılıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26