Interposta.Info

Neft ərazilərini zəbt edən makler həbs edildi - VİDEO

Ölkə
 27-04-2021, 11:32     386

Xəzər rayonunda dələduzluq edən makler Azər Cəbrayılov həbs edilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Onun barəsində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft sənayesinə aid torpaq sahələrində özbaşına tikinti işləri apardığına görə cinayət işi başladılıb.

Qeyd edək ki, Azər Cəbrayılovun qanunsuz əməlləri barədə mətbuatda da geniş araşdırmalara yer verilib.

O, Maştağa və Buzovnada SOCAR-a məxsus torpaqları zəbt edib, tikinti işləri aparması ilə gündəmə gəlib. Azər Cəbrayılov neft quyularının yaxınlığında qanunsuz tikdiyi evləri daha sonra müxtəlif şəxslərə satıb.

Sakinlərin dediyinə görə, Azər Cəbrayılovla SOCAR əməkdaşları arasında bir neçə dəfə qarşıdurma da yaranıb. O, ətrafına topladığı şəxslərlə H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşlarına və mühafizəçilərə hücum çəkərək tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlərə mane olub.

Azər Cəbrayılov qanunsuz tikinti işlərini başa çatdırmaq üçün özünü "Qarabağ qazisi” adlandıran saxtakar qruplaşma ilə də əlaqəyə girib. O, pul müqabilində həmin şəxslərdən tikintiyə müdaxilə olunmasının qarşısını almağı təklif edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26