Interposta.Info

AzTV-nin sədr əvəzi Azər Qismətə yüksək vəzifə verdi

Ölkə
 6-03-2019, 11:56     10 408

AzTV-nin sədr əvəzi Rövşən Məmmədli bir neçə kadr dəyişikliyi həyata keçirib.

İnterPosta.info
"Qafqazinfo"ya istinadən xəbər verir ki, sədr bu dəfə "Ədəbi-dram verilişləri" baş redaksiyasının rəhbərini dəyişib. Tanınmış jurnalist və yazıçı Azər Qismət sözügedən redaksiyaya baş redaktor təyin edilib.

A. Qismətə qədər bu vəzifəni Sadıq Elcanlı icra edirdi. O, isə "Telefilm” yaradıcılıq birliyinə baş redaktor göndərilib.

Qeyd edək ki, Azər Qismət "İç xəbər" verilişinin aparıcısı kimi tanınıb və bir müddət ANS-də baş redaktor olub.

Hekayə, novella və romanlar müəllifidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26