Interposta.Info

Mobil operatorların gəlirləri artıb

Müxtəlif
 14-10-2017, 13:02     10 406

Cari ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1266,1 milyon manatlıq xidmət göstərib

interposta.info xəbər verir ki, göstərilən xidmətlərin 72,6 faizi əhali tərəfindən istehlak olunub.

2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2 faiz artıb. Gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,2 faizi və ya 635,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında xidmətlərdən əldə edilən gəlirin 49,8 faizi və ya 552,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26