Bu il Azərbaycanda 1,8 milyard manatlıq rabitə xidməti göstərilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 776,4 milyon manatlıq xidmət göstərib.
“İnterPosta.info” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin xidmətlərin 72,7%-i əhaliyə aid olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 10 ayı ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 16,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7%-i qeyri-dövlət sektorunun payına düşüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26