Interposta.Info

Azərbaycanda 10 ayda mobil rabitə operatorlarının gəliri 794 milyon manatdan çox olub

İqtisadiyyat
 23-12-2018, 09:33     10 350

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 694,4 milyon manatlıq xidmət göstərblər.

Göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 794,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb./trend

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26