Interposta.Info

Əxlaqsız aparıcı efirə çıxıb... – Sabir Rüstəmxanlı

Müxtəlif
 6-10-2017, 15:17     9 062

Dil çox ciddi məsələdir, əgər dil varsa, xalq da var, dil yoxdursa, həmin xalq da yox olur. Biz əvvəlcə uşaqlarımızın ana dilində tərbiyəsinə başlamalıyıq. Məktəblərdə, təhsil ocaqlarında ana dilinin öyrədilməsi məsələsinə xüsusi diqqət yetirməliyik. Xüsusən də rusdilli məktəblərdə ana dili necə öyrədilir? Axı onlar da bizim ölkəmizin vətəndaşlarıdır.

Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı “Azərbaycan ədəbi dilinin qorunması və inkişafında KİV-in rolu” mövzusunda bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdəki çıxışında deyib. O bildirib ki, hər bir xalqın dili onun milli xəzinəsidir:

“Aparıcıların TV-də yol verdikləri yanlışları ön plana çəkirik. Əvvəlcə baxmaq lazımdır ki, bu aparıcı hansı əxlaq yiyəsidir? Əxlaqsız adam TV-də əxlaqdan danışmasın! Mənəviyyatsız adam mənəviyyatdan danışmasın! İnsanın, aparıcının daxili aləmi, mənəviyyatı gözəl olmalıdır, təkcə zahirən gözəl olmaqla iş bitmir.

Bəzən rus dilindən hansısa sözü işlədəndə heç kim pis qarşılamır. Amma Türkiyə türkcəsində bir söz eşidəndə həmin an tənqid edirlər. Axı niyə?! Axı Türkiyə türkcəsi bizə doğma dildir. Biz məhz türk dillərindən sözlər götürməklə dilimizi zənginləşdirməliyik.

Başqa bir problem də küçədə sorğu götürən TV əməkdaşları ilə bağlıdır. Yoldan keçən vətəndaşa yaxınlaşıb fikrini soruşurlar, amma baxmırlar ki, həmin adam Azərbaycan dilində danışa bilir, ya yox? Bunlara diqqət etmək lazımdır. Eybəcər müraciətləri, ifadələri yığışdırmaq lazımdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26