Interposta.Info

Xalq artistindən telekanallara sərt sözlər

Gündəm
 4-05-2018, 11:16     10 439

"Bu gün küçə adamları hamısı ekrandadır. Əxlaqsız adam mənə əxlaqdan dərs deyir".

"XeberBiz" xəbər verir ki, bu sözləri xalq artisti, sevilən aktyor Rasim Balayev "Yeni avaz”a müsahibəsində deyib. Geniş müsahibənin hələlik paylaşılan bir parçasında xalq artisti bu gün telekanalların efirə çağırdığı adamları tənqid edib:

"Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Efirə küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı.

Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam rüşvətdən, ağılsız ağıldan dərs deyir. Bəs hardadır bunlar? Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı, nə bilim, ailəsi yoxdur. Bəs bu televiziyalar hara baxır?”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26