Interposta.Info

Xalq artisti telekanalları tənqid etdi: "Xəcalət çəkirəm"

Mədəniyyət / Paradoks
 17-09-2019, 19:22     10 511

Xalq artisti telekanalları tənqid edib.

Milli.Az xəbər verir ki, "Səni axtarıram" verilişində iştirak edən sənətkar Mənsum İbrahimova televiziyaların fəaliyyəti ilə bağlı narazılığını dilə gətirib.

Xanəndə bildirib ki, ekran qaşısında əyləşərkən gördüklərindən xəcalət çəkir:

"Televiziyanı biz necə görmək istəyirik? İstəyirik ki, ailəmizin hər bir üzvü oturub rahat baxa bilsin o efirə. Efirdə bayağı sözlər işlədilməsin. Oradan uşağımız nə isə öyrənsin, maarifləndirici verilişlər olsun. Mən üzr istəyirəm, çünki, mənim sənətimə aid olduğu üçün mən bəzən o özəl kanallara baxıram, xəcalət çəkirəm. şəxsən mən o ifaçıların heç birini tanımıram. Haradansa gəlib, pul ödəyib. Başa düşürəm, özəl kanaldır. Amma müəyyən qədər bu nəzarət olunmalıdır ki, ən azı təhsili olsun, ən azı istedadı olsun. Axı bu gün bizim torpağımız işğaldadır. Bunu heç kim unutmasın! Axı orada çalışanlar Azərbaycan vətəndaşlarıdır!".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26