Interposta.Info

Dərslikdə Azərbaycan haqda gülünc xəta -

Müxtəlif
 2-10-2017, 17:31     10 469

Urmu gölündə suyun səviyyəsinin düşdüyü bir vaxtda İran Təhsil Nazirliyi orta məktəb dərsliklərində göldə vəziyyətin yaxşılaşdığını yazıb.

Axar.az İranın “Tabnak” saytına istinadən xəbər verir ki, “İnsan və ətraf mühit” kitabının ikinci səhifəsində göldə suyun səviyyəsinin son 6 ayla müqayisədə 55 santimetr qalxdığı qeyd edilib.

İranın bəzi media orqanları nazirliyin bu yalanının gülünc olduğunu yazıblar.

Gölün səviyyəsinin getdikcə düşdüyünü azərbaycanlı millət vəkilləri, hətta bir sıra hökumət nümayəndələri və Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri də etiraf edirlər. Təhsil Nazirliyinin belə bir təhrifə yola verməsi rejimi əhalinin qəzəbindən qorumaq və kütləvi etirazları önləmək məqsədi güdür.

Qeyd edək ki, bir müddət əvvəl İran Azərbaycanında ictimai fəallar və sosial media istifadəçiləri Urmu gölünün şəklinin dərsliklərdəki xəritələrdən çıxarılmasına etiraz etmişdilər.

interposta.info
Dərslikdə Azərbaycan haqda gülünc xəta -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26