Interposta.Info

Pənahəli xanın Ağdamdakı qalası məhv edilir - Foto

Müxtəlif
 8-09-2017, 18:58     10 731

Erməni arxeoloqlar artıq 40 gündür ki, işğal altında olan Ağdamın Şahbulaq qalasında qanunsuz qazıntı işləri aparır.

Azvision.az xəbər verir ki, arxeoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyan qalada qazıntı işləri aparılan zamanı qızıl məmulatlarından ibarət zərgərlik qalıqlarının tapıldığını deyib.

Qanuzsuz qazıntı işləri iyulun 8-də başlayıb. Qazıntılar nəticəsində Azərbaycan memarlığına aid qüllələr, bir sıra abidələr aşkar edilərək Ermənistana göndərilib.

Xatırladaq ki, Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.

interposta.info
Pənahəli xanın Ağdamdakı qalası məhv edilir - Foto
Pənahəli xanın Ağdamdakı qalası məhv edilir - Foto
Pənahəli xanın Ağdamdakı qalası məhv edilir - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26