Interposta.Info

Azərbaycanın tarixi qalası texnika ilə məhv edilir -

Müxtəlif
 22-08-2017, 10:25     10 249

Təbrizin tarixi və əzəmətli Ərk qalasında qazıntı işləri aparılıb.

Kult.az xəbər verir ki, güneydəki soydaşlarımız sosial şəbəkədə Ərk qalasında yenidən qazıntı işlərinin aparılmasını əks etdirən videolar yayıblar.

Videoların birində Ərk qalasının cənub tərəfindəki divarının yanında ağır texnikanın işlədiyi və həmin yerin söküldüyü görünür. Beləcə onsuz da baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalan tarixi qalanın çökmə ehtimalı artır.

Təəssüf ki, aidiyyəti qurumlar bu günədək tarixi məkanın dağıdılmasına səssiz qalıb.

Xatırladaq ki, 2016-cı il noyabrında Ərk qalasının yaxınlığında parkinq tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə məlumat yayılmışdı. Yerli əhalinin etirazından sonra layihənin icrası dayandırıldı.

Qeyd edək ki, Ərk qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26