Interposta.Info

“40 dərəcə istidə asfalt salırlar…” -

Müxtəlif
 17-07-2017, 13:50     772

Ötən il Yaponiyada reklam agentliyi işçisi olan 24 yaşlı qızın işdə həddən çox yüklənməsi ucbatından intihar etməsi xeyli müddət müzakirə mövzusu oldu. Onun işdə qədərindən çox işləməyə məcbur edilməsi səbəbindən intiharı isə şirkət rəhbərinin istefası ilə nəticələnmişdi.

Bu hadisədən sonra anoloji hal Çində də qeydə alınmışdı. Li Yuan adlı ofis işçisi çalışarkən yorğunluqdan ağlayaraq yerə yıxılmış və insult nəticəsində dünyasını dəyişmişdi.

Maraqlıdır, bəs Azərbaycanda iş yerlərində, dövlət qurumlarında, özəl şirkətlərdə belə hallar olubmu? Azərbaycanda iş rejimi necə tənzimlənir?

“40 dərəcə istidə asfalt salırlar…” -


interposta.info xəbər verir ki, bu məsələ ilə bağlı BakuPost.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki konstitusiyaya görə iş rejimi 8 saatdır:
"Birnövbəli və ikinövbəli ola bilər. 5 və 6 günlük iş həftəsi var. Hər ikisində iş saatlarının ümumi həcmi 40 saatı keçməməlidir. İllik ən azı 21 günlük ödənişli məzuniyyət var. Hər gün arasında da ən azı 12 saat istirahət saatı olmalıdır. Qanuna görə belədir. Praktikada fərqli də ola bilər. Belə tənzimlənən yerlər var. Lakin özəl sektor və qeyri-formal əmək sektorunda müxtəlif formada tənzimlənir. İşçilər, bazar günü də, bayramda da işlədilirlər”.

QHT rəhbəri yay fəslində nazirliyin işin dayandırılmasıyla bağlı etdiyi xəbərdarlıqlara sahibkarlar tərəfindən məhəl qoyulmadığını da vurğulayıb: "Açıq havada iş çox soyuq və çox isti havalarda qadağan olunmalıdır, dayadırılmalıdır. Tempuratur tənzilənməyən yerlərdə, açıq havada tədbirlər həyata keçirilməli, işçilər xüsusi geyim, sərinləşdirici yaxud isti içkilərlə təchiz olunmalıdır. Lakin buna demək olar ki, əhəmiyyət verən yoxdur. Yola çıxsanız görərsiniz ki, qaynar havada asfalt salırlar. Şikayətlər daxil olub-olmasa da bu halları gözümüzlə görürük”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26