Interposta.Info

Çin "Əpl"i qabaqladı

Müxtəlif
 12-07-2017, 10:08     576

Çində hələ satışa çıxarılmayan “Ayfon 8” smartfonunun klonu yaradılıb.

Teleqraf.com-un məlumatına görə, artıq Çin smartfonunun sınaq videosu şəbəkəyə sızdırılıb.

Bu cihaz “Android 6” əməliyyat sistemi ilə işləyir. Onun interfeysi isə tam olaraq iOS əməliyyat sisteminin əslinə oxşayır.

İstənilən arzu edən şəxs bu cihazı cəmi 100 dollara əldə edə bilər. Videoya görə, smartfon bir sıra çatışmazlıqlara malikdir. Belə ki, kameralardan birinin yerinə dəlik quraşdırılıb.

Xatırladaq ki, bu ilin payızında “Apple”in illik təqdimatında yeni “iPhone 8” təqdim olunacaq. Gözlənilir ki, yeni smartfonda 5,8 düym həcmində 521 ppi tam pikselli OLED displey quraşdırılacaq. Şayiələrə görə, cihaz simsiz enerji doldurulması ilə təchiz ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26