Interposta.Info

Yeni iPhone 11 və iPad modelləri təqdim olundu - QİYMƏT

Dünya
 10-09-2019, 23:01     10 406

Apple şirkətinin məhsulu olan iPhone-nun yeni modelləri təqdim edilib.

Steve Jobs adına teatrda keçirilən təqdimatda iPhone 11, iPhone 11 Pro və 11 Max Pro modelləri təqdim edilib. Yeni modellər A13 Bionic Prosessor ilə təhciz olunub. Telefon GPU Performansında bütün flagman modelləri geridə qoyur.

QİYMƏTLƏR

Xarici mətbuatin yazdığına görə, adi iPhone 11 modeli 6.1 düym LCD ekran və 64/128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq.

64 GB daxili yaddaşa sahib model 749$-a, 128 GB daxili yaddaşa sahib model 799$-a, 256 GB daxili yaddaşa sahib model isə 899$-a satılacaq. iPhone 11 Pro modeli 5.8 düym OLED ekran, 128/256/512 GB daxili yaddaş həcmi və üçlü arxa kamera ilə təchiz olunacaq. 128 GB daxili yaddaşa sahib model 999$-a, 256 GB daxili yaddaşa sahib model 1099$-a, 512 GB daxili yaddaşa sahib model isə 1199$-a satılacaq. iPhone 11 Pro Max modeli 6.5 düym OLED ekran və həmin daxili yaddaş göstəricilərini əldə edəcək. 128 GB daxili yaddaşa sahib model 1099$-a, 256 GB daxili yaddaşa sahib model 1199$-a, 512 GB daxili yaddaşa sahib model isə 1299$-a satılacaq. Məlumatda qeyd edilib ki, iPhone 11 Pro və Pro Max modelləri artıq 20 sentyabr tarixində satışa çıxacaqlar.

iPAD

Tədbirdə həmçinin Apple şirkəti yeni iPad modelini də təqdim edib. Sadəcə olaraq iPad adlanan yeni model 9.7 düym ekrana sahib iPad modelini əvəz edəcək. Yeni modelin əsas özəlliyi böyüdülmüş ekran ölçüsü olub. Buna baxmayaraq o həm də bahalı iPad modellərinin bəzi özəlliklərini də əldə edib. Beləliklə yeni iPad (2019) modeli 10.2 düym Retina ekran əldə edib. Buna görə də Apple şirkəti hal hazırda aktual olan iPad seriyasında 9.7 düym ekrana shaib iPad modelindən imtina etdi.

Böyüdülmüş ekran ilə birlikdə iPad (2019) modeli həmçinin 4 nüvəli A10 Fusion prosessoru ilə təchiz olunub. Həmin prosessor ilk dəfə iPhone 7 və iPhone 7 Plus modellərinə quraşdırılmışdı. Yeni iPad modeli iPadOS əməliyyat sistemi vasitəsilə çalışır və onun bütün imkanlarını dəstəkləyir. 10.2 düym ekrana sahib iPad (2019) modelinin daha bir üstünlüyü də ondan ibarətdir ki, o, Smart Connector özəlliyinə sahibdir.

Onun vasitəsilə yeni iPad modelinə xarici klaviaturanı qoşmaq mümkündür. Bütün bunlardan əlavə olaraq yeni iPad (2019) Apple Pencil stilusunu, Home düyməsinə inteqrasiya edilmiş Touch ID texnologiyasını dəstəkləyir və bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. Yeni iPad modeli 30 sentyabr tarixində satışa çıxacaq. Wi-Fi modula sahib olacaq model 329$-a, LTE modula sahib olacaq model isə 459$-a satılacaq./qaynarinfo

Qeyd edək ki, təqdimetmə mərasimi davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26