Interposta.Info

Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni vəfat etdi

Müxtəlif
 13-06-2017, 20:22     1 801

Antalya Dövlət Opera və Balet Teatırının solisti Muxtar Rəsuloğlu vəfat edib. "Qaynarinfo" xəbər verir ki, bariton səsli sənətçi 59 yaşında dünyasını dəyişib.

O, uzun müddət xərçəng xəstələyindən əziyyət çəkib. Muxtar Rəsuloğlu müalicə olunduğu Akdeniz Universitetinin Xəstəxanasında vəfat edib

Muxtar Rəsuloğlu 1999-cu ildə Azərbaycandan Antalyaya köçüb və Antalya Dövlət Opera və Balet Teatırında çalışmağa başlayıb. O, iki il əvvəl xərçəng xəstəliyinə yoluxub. Ötən ay bir neçə əməliyyat olunan sənətçini həkimlər xilas edə bilməyib.

Ailəsi Azərbaycanda yaşayan mərhumla vida mərasimi sabaş Antalya Dövlət Opera və Balet Teatırının qarşısında düzənlənəcək və daha sonra cənazə vətənə gətiriləcək.

interposta.info
Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni vəfat etdi
Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni vəfat etdi
Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni vəfat etdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26