Interposta.Info

Koronavirusdan vəfat edən azərbaycanlı məşhurlar - SİYAHI

Ölkə
 28-04-2021, 09:11     406

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası can almaqda davam edir. Ölüm halları bütün dünyada gündən-günə artmaqdadır.

Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçmir.

COVID-19 qurbanları sırasında ölkəmizdə tanınan insanlar da az deyil.

"İnterPosta" azxeber.com-a istinadən həmin məşhurlardan bəzilərinin siyahısını təqdim edir:

Xalq artisti Teymur Mustafayev 82 yaşında koronavirusun qurbanı oldu.

Tanınmış jurnalist Fərman Bağırov da koronavirusdan dünyasını dəyişib.

Digər koronavirus qurbanlarından biri xalqın sevimlisi, gitaraçı Rəmişdi. Rəmiş bir müddət müalicə alsa da, vəfat etdi.

Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu bu gün dünyasını dəyişib.

Azərbaycanın xalq artisti Sabir Əliyev də COVİD-19-dan dünyasını dəyişənlər sırasındadır.

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də "COVID-19"dan dünyasını dəyişən məşhurlardandır.

Bununla yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, əməkdar artist İsmayıl Ələkbərov da koronavirusdan vəfat edib.

Gənc müğənni Toğrul Həbibi də koronavirusa yoluxaraq dünyasını dəyişib.

Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib.

"Ağbaba" qrupunda fəaliyyət göstərən müğənni Faiq Tapdiqoğlu koronavirus səbəbindən rəhmətə getmişdi.

Son olaraq isə əməkdar artist Baloğlan Əşrəfov 69 yaşında koronavirusun qurbanı oldu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26