Interposta.Info

Azərbaycanın xalq artisti vəfat etdi

Mədəniyyət
 26-06-2017, 16:08     1 734

Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib.

interposta.info
metbuat.az-a istinadən xəbər verir ki, xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

***

11.15

"Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır". Bunu APA-ya xalq artisti Qəndab Quliyevanın müalicə oldunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.

Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: “O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var”.

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.

Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub.

***

09.19

Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib.

interposta.info metbuat.az-a istinadən xəbər verir ki, xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26