Interposta.Info

Təbriz Azərbaycan vətəndaşını zindandan xilas etdi

Müxtəlif
 30-05-2017, 15:11     450

Təbrizli xeyriyyəçilər Azərbaycan Respublikasının vətəndaşı olan xanımın zindandan azad edilməsinə nail olublar.

Axar.az xəbər verir ki, bu barədə Diyə Fondunun rəhbəri Rəsul Təqipur məlumat yayıb.

O bildirib ki, Azərbaycan Respublikası vətəndaşı olan 68 yaşlı xanım borc üzündən 4 il Təbriz zindanında qaldıqdan sonra onun borclarını təbrizli xeyriyyəçilər ödəyib və nəticədə qadın azadlığa buraxılıb.

Məlumata görə, həmin qadın 150 milyon tümən borcu olduğuna görə həbs edilib. Təbrizlilər onun borclu olduğu şəxslə danışıqlar apararaq, borcu 40 milyona endirib və həmin məbləği özləri ödəyib.

interposta.info bildirir ki, azad edilən ağbirçəyin adı açıqlanmayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26