Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb
İyunun 10-da Böyük Britaniyanın Hitrou hava limanında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan Finlandiya vətəndaşı azadlığa buraxılıb.
Trend xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında deyilir.
Məlumata bildirilir: "29 yaşlı Finlandiya vətəndaşı iyunun 15-i azadlığa buraxılıb".
Qeyd edək ki, son iki il ərzində 43 Finlandiya vətəndaşı Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
2016-cı ildə Birləşmiş Krallığın ərazisində Finlandiya pasportuna malik somalili gənc, 2017-ci ilin sentyabrında isə ikili vətəndaşlıqları olan (Böyük Britaniya və Finlandiya) iki nəfər saxlanılıb və məhkum edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26