Myanmada 6,5 min dustaq və "Reuters"in iki jurnalisti azadlığa buraxılıb
Myanma hökuməti çərşənbə axşamı apreldə imzalanan iki kütləvi amnistiyadan sonra 6520 dustağı azadlığa buraxacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, ölkə prezidenti Vin Myin minlərlə dustağı əfv edib. Siyahıda "Reuters"in iki jurnalistinin də adı var. Va Lon və Soe Oo 500 gündən artıq dustaqlıq həyatından sonra azadlığa buraxılıb.
Myanmada aprelin 17-də başlanan ənənəvi Yeni il zamanı amnistiya aktı imzalamaq adətə halını alıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26