Pikassonun "Oturan qadın" əsəri

Pablo Pikassonun ən məşhur portretlərindən biri New York-da keçirilən hərracda 45 milyon dollara satılıb.
Göy donlu oturan qadın (Femme Assise, Robe Bleu) əsərində rəssamın çox saylı sevgililərdən biri - Dora Maar təsvir olunub.
İkinci dünya müharibəsi vaxtı nasistlər bu şəkli müsadirə etmişdilər.
Lakin onun Parisdən Moraviyaya göndərilməsi Fransa müqavimət hərəkatı döyüşçülərinin müdaxiləsinə görə baş tutmadı.
2015-ci ildə Pikassonun Əlcəzair qadınları (Women of Algiers) Christie's-də 179 mln dollara satılaraq hərracdan satılmış ən bahalı təsviri incəsənət əsəri oldu.
ABŞ kolleksioneri tərəfindən alınmış "Oturan qadın" 6 il əvvəl 26 milyon dollara satılıb.
Dora Maar və Picasso 9 il ərzində sevgili olublar.
Rəssam öz əsərini 1939-cü ildə yaradıb. O vaxt Picasso 58, Dora Maar isə 31 yaşında olub.
Şəkil rəssamın ortayaşlarında yaratdığı ən möhtəşəm əsərlərindəndir.
Onun yaradılmasına - bir çox hallarda olduğu kimi - seksual cəzb və məhəbbət hissi ilhamlandırıb, BBC incəsənət müxbiri Vinsent Doul bildirir (BBC).
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26