Interposta.Info

Bu rəsm əsəri 45,4 milyon dollara satıldı

Mədəniyyət
 30-01-2022, 13:18     496

İtaliyalı rəssam Bolttiçellinin "Kədərlərin əri” (Man of Sorrows) əsəri Nyu-Yorkda təşkil olunan hərracda 45,4 milyon dollara satılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə "Sotheby's” hərrac evi məlumat yayıb. Qeyd olunur ki, əsər XIX əsrdən şəxsi kolleksiyada saxlanılırdı. Portretin sahibi onu 1993-cü ildə almışdı. Rəsm əsərinin təqribən 1500-cü ildə çəkildiyi ehtimal olunur.

"Kədərlərin əri” cəmi 7 dəqiqə ərzində satılıb. Onu alan şəxsin adı açıqlanmır.

Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26