Interposta.Info

Toyuna gəlməyənləri məhkəməyə verdi –

Müxtəlif
 27-03-2017, 12:17     1 777

Azərbaycanda adı açıqlanmayan bir şəxs tərəfindən vəkilə qəribə müraciət edilib.

Bu barədə Ölkə.az-a hüquqşünas-vəkil Vüqar Səfərli məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət edib:

"Təbii ki, tragikomik durumdur. Belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illərdə Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar".

Qeyd edək ki, 2013-cü ildə də Azərbaycanda bu cür hadisə olmuşdu. Vəkil Anar Qasımlı bildirmişdi ki, vətəndaş övladının toyuna dəvət etdiyi, ancaq toya gəlməyən 80 nəfəri məhkəməyə vermiş, vaxtilə onların toyuna yazdırdığı pulları geri tələb etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26