Interposta.Info

Azərbaycanlı nazirlə eşq yaşadığını deyən rusiyalı blogger vəkil Elman Paşayevi məhkəməyə verib

Müxtəlif / Manşet
 24-08-2020, 10:30     1 215

Bu günlərdə Azərbaycanın idman naziri ilə eşq yaşadığını etiraf edən rusiyalı blogger Olqa Leybman daha bir qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Olqa Leybman öz "İnstagram" səhifəsində video paylaşaraq, tanınmış azərbaycanlı vəkil Elman Paşayevi məhkəməyə verdiyini bildirib.

Olqanın sözlərinə görə, bur müddət əvvəl ABŞ-da yaşayan rəfiqəsinin vəkilə ehtiyacı olub. Olqa da öz növbəsində həmin vaxt dostluq etdiyi Elman Paşayevi məsləhət görüb. Bloqqerin sözlərinə görə, rəfiqəsi Paşayevin istədiyi məbləği - 170 min dolları onun vasitəsilə vəkilə göndərib. Nəticədə nə iş həll olunub, nə də pul geri qaytarılıb. Elman Paşayev isə Olqadan heç bir pul almadığını bildirib.

Bloqqer bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini, əlində pul verməsi ilə bağlı sübutlar olduğunu deyib.

Xatırladaq ki, Elman Paşayev 15 ildən çoxdur ki, Moskvada beynəlxalq səviyyədə vəkillik fəaliyyəti ilə məşğul olur. O, bu ilin fevralında Rusiya vətəndaşları və Rusiya Federasiyasında yaşayan xarici vətəndaşların ölkə daxilində və onun hüdudları kənarında hüquq müdafiəsinin inkişafı və göstərdiyi böyük cəsarətə görə vəkillik sahəsində “İlin adamı” mükafatına layiq görülüb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26