Atası azərbaycanlı aparıcının toyuna gəlməyib
Aparıcı Murad Əzimzadə atasının onun toyuna gəlmədiyini söyləyib.
İnterPosta.info axşam.az-a istinadən xəbər verir ki, bu haqda Murad "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, atası Ukraynada yaşayır:
"Anam Gəncədə yaşayır. Atam var, amma burada deyil. Sovet höküməti dağılandan Ukraynada yaşayır, bura da gəlib-gedir. Sənədində problem olmuşdu deyə toyuma gələ bilməmişdi. Gəlsəydi, növbəti 5 il qayıda bilməyəcəkdi”.
Qeyd edək ki, Murad bu ilin aprelində Müjgan adlı xanımla ailə qurub. Bu onun ikinci evliliyidir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26