Interposta.Info

Murad əməliyyat olundu, şouya gələ bilmədi -

Maqazin
 13-06-2017, 07:30     671

Qalmaqallı “Maşın Şou”da gözlənilməz olay yaşanıb.

Musavat.com xəbər verir ki, şou başlayan zaman səhnəyə aparıcı Murad Dadaşov deyil, tanınmış digər aparıcılar Hacı Nuran və Mətanət Əliverdiyeva çıxıb.

Məsələ ilə bağlı aparıcı Hacı Nuran açıqlama verərək bildirib ki, Murad Dadaşov kiçik əməliyyat olunduğu üçün bu gün şouya qatıla bilməyib:

“Murad Dadaşov bu gün kiçik bir cərrahiyyə əməliyyatı keçirib. Şükür ki, hazırda yaxşıdır. Həyatımda ilk dəfədir ki, belə bir verilişə qatılıram... Murad, biz səni çox istəyirik, Allah sənə şəfa versin”.

Mətanət Əliverdiyeva qeyd edib ki, aparıcı sabahkı şouya qatılacaq.

interposta.info
Murad əməliyyat olundu, şouya gələ bilmədi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26