Interposta.Info

Murad Bozdan azərbaycanlı qıza gözlənilməz təklif

Maqazin
 19-11-2018, 13:38     10 728

"TV 8" kanalında yayımlanan "O səs Türkiyə" yarışmasının münsif kürsüsündə əyləşən Murad Boz maraqlı addım atıb.

İnterPosta.info axşam.az-a istinadən xəbər verir ki, yarışmaya əslən azərbaycanlı olan Funda adlı qız qatılıb. Qız "Benim dünyam" adlı mahnı səsləndirib.

Murad qıza "Əgər məni seçsən, Bakıda keçiriləcək konsertimdə səninlə duet oxuyacam" deyib. Bozun bu təklifinə baxmayaraq Funda anasının istəyi ilə münsif kürsüsündə olan Seda Sayanı seçib. Onlar hətta mahnını duet şəklində oxuyublar.

Qeyd edək ki, Murad Bozun konserti 21 dekabrda Bakı Kongres Mərkəzində keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26