Interposta.Info

10 yaşlı azərbaycanlı Rusiyanı təəccübləndirdi -

Müxtəlif
 25-03-2017, 15:54     1 077

Rusiyanın Naberejnıx Çelnov şəhərində yaşayan 10 yaşlı azərbaycanlı Nurlan İsmayılov "Səs. Uşaq" (Qolos. Deti) mahnı yarışmasında hər kəsi təəccübləndirən çıxış edib.

Axar.az xəbər verir ki, Nurlan Polad Bülbüloğlunun “Zəng et” (“Pozvoni”) mahnısını ifa edib. İfa zamanı ona rusiyalı müğənni Nyuşa dönüb.

Nurlanın çıxışı zamanı müğənni yerində otura bilməyib və səhnəyə çıxaraq rəqs etməyə başlayıb.

“İndi mən deyə bilərəm ki, öz kişimi tapdım. Gəl mənə, mənim əzizim. Mən elə xoşbəxtəm ki”, - Nyuşa azərbaycanlı uşağın çıxışından sonra deyib.

Nurlan Nyuşanın komandasına qoşulan sonuncu iştirakçı olub.

interposta.info

10 yaşlı azərbaycanlı Rusiyanı təəccübləndirdi -
10 yaşlı azərbaycanlı Rusiyanı təəccübləndirdi -
10 yaşlı azərbaycanlı Rusiyanı təəccübləndirdi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26