Interposta.Info

Azərbaycanlı müğənni ərini xəyanət edərkən yaxaladı

Maqazin
 7-10-2017, 12:09     10 698

Azərbaycanlı müğənni Afət Fərmanqızı “Instagram” səhifəsində illər əvvəl xəyanətə uğradığı bildirib

interposta.info xəbər verir ki, o, Zaur Kamalın efirə göndərilən güllə bağlı danışdığı videonu paylaşaraq etiraf edib.

“O göndərilən gül mənə göndərilən gül deyil. Qısacası, mənə gül göndərən şəxs isə mənim sevgilim deyil! Sevgilim də yoxdur. 11 ilimi verdiyim, ona görə sənətimi atdığım və axırda da xəyanət zamanı tutduğum şəxsiyyətsiniz, satqının biri məni həyatdan elə iyrəndirdi ki, indi heç kəsə güvənim qalmadı. Mənim sevdiyim Allahım oğlum və sizlər. Xoşbəxtəm? Bəli. Çünki, 99 faiz xanımlar ərləri və sevgililəri tərəfindən aldadıldığını bildikləri halda, məni aldadan yoxdur! Şou-biznesdəkilərin də çoxu yalandan yanındakılardan kiməsə qıcıq vermək üçün istifadə edirlər. Guya bunların "əri" var. Guya bunlar bir-birini sevir. Hamı yaxşı tanıyır hamını. Elə “fonaqram”a ərin və ya sevgilinin olmasından olmaması yaxşıdır. Bu dəqiqə o "ərciklərinizin" birinin üzünə azca gülümsəsəm, həmən səni atıb, mənim yanımda olar. Amma mənim nakişilərlə işim olmaz!”,-deyə o yazıb.

interposta.info

Azərbaycanlı müğənni ərini xəyanət edərkən yaxaladı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26